Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçiriblər.

“Report” bu barədə Ermənistan hökumətinin məlumatına istinadən xəbər verir.

Tərəflər Ermənistan-İran ticari-iqtisadi əlaqələrinin cari vəziyyətini və onların gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər.

N.Paşinyan və M.Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Nikol Paşinyan qeyd edib ki, Ermənistan-İran əməkdaşlığı uğurla inkişaf edir və müxtəlif sahələrdə birgə proqramlar həyata keçirilir”, – məlumatda bildirilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]