Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobxidzeni doğum günü münasibətilə təbrik edib.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Baş nazir təbrik məktubunda bildirb ki, Azərbaycan və Gürcüstanı əsrlər boyu mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan möhkəm münasibətlər birləşdirir:

“Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur. Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişdir. Fəal siyasi dialoqumuz iqtisadi-ticari, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı zəmin yaradıb”.

Əli Əsədov iki ölkənin və xalqlarının firavanlığı, regionunun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-Gürcüstan ənənəvi dostluğu və strateji tərəfdaşlığının bundan sonra da dərinləşməyə və möhkəmlənməyə davam edəcəyini qeyd edib:

“Sizi bir daha ürəkdən təbrik edir, yeni yaşınızda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]