Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Bakının Xiyabani küçəsi – Xarici Dairəvi yolunda yeni tunel inşa ediləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsi şəhərdaxili və tranzit nəqliyyat axınlarının bir qovşaqda birləşdiyi əsas nöqtələrdən biridir. Pik saatlarda nəqliyyat vasitələrinin eyni kəsişmədən hərəkəti burada sıxlıq və gecikmələrin yaranmasına səbəb olur.

AAYDA-nın layihəsi çərçivəsində mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihəyə əsasən, ərazidə tunel tipli yolötürücüsü, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcı, eləcə də Qaradağ istiqamətində yan yol yaradılacaq.

Layihənin əsas üstünlüyü müxtəlif istiqamətlər üzrə hərəkət axınlarının bir nöqtədə toplanmasının qarşısının alınmasıdır. Yeni quruluş nəqliyyat axınlarını müxtəlif səviyyələrə ayıracaq. Bununla da qovşaqda bir-birinə mane olan manevrlərin sayı azalacaq, giriş və çıxışlar daha sistemli təşkil ediləcək.

Layihədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri infrastrukturun yaradılması da nəzərdə tutulur.

Yeni yol həllinin təsiri yalnız Məhəmməd Xiyabani küçəsi ilə məhdudlaşmayacaq. Qovşaqda hərəkətin yenidən təşkili 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsinə xidmət edəcək.

Bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”da nəzərdə tutulan 24 yol layihəsindən biridir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]