Türkiyə Milli Müdafiə Nazirliyi “Birliyin gücü – 2026″dan maraqlı görüntülər paylaşıb

Türkiyənin Milli Müdafiə Nazirliyi “Birliyin gücü – 2026” hərbi təlimindən maraqlı görüntülər paylaşıb.

Sözügedən görüntülər nazirliyin “X” sosial media hesabında paylaşılıb.

“Hibrid təhdidlərlə mübarizə və birgə əməliyyat qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlimdə qəhrəman hərbçilərimiz mürəkkəb şəraitdə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirirlər. Üç ölkə, vahid iradə, güclü koordinasiya, tam isabət!”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.

Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunur.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]