Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur

Milli Məclisin komitələrinə fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə bəyanat yaymaq səlahiyyəti verilməsi təklif olunub.

Deputat Sahib Alıyev bunun üçün “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunun 6-cı maddəsinə dəyişiklik edilməsini zəruri sayıb.

Deputat bildirib ki, son illərdə Milli Məclisin parlament diplomatiyası, siyasi-ideoloji və kommunikativ fəaliyyətində uğurlu yeniliklər var. Parlament adından yayılan bəyanatlar da bu istiqamətdə mühüm rol oynayır.

Onun fikrincə, mövcud reallıq və güclü parlament ənənələri olan ölkələrin təcrübəsi nəzərə alınaraq komitələrə də aidiyyəti məsələlərə daha operativ reaksiya vermək imkanı yaradılmalıdır.

“Məsələn, üzvü olduğum İctimai birliklər və dini qurumlarla iş komitəsi Azərbaycanda dini azadlıq sahəsində vəziyyətlə bağlı qərəzli hesabata öz reaksiyasını nədən bəyanatla bildirməsin? Məncə, bu, hər halda deputatların təklikdə reaksiyalarından daha təsirli olar”, – Sahib Alıyev deyib.

Deputat qeyd edib ki, qanunun 6-cı maddəsində komitələrin yalnız rəy və qərar vermək səlahiyyəti nəzərdə tutulduğundan təklifin həyata keçirilməsi üçün həmin maddəyə dəyişiklik edilməlidir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]