Lukaşenko Ermənistanı “arabanı atın qabağına qoşmamağa” çağırıb

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avropa İttifaqı (Aİ) bazarına yönəlməyə tələsməməyə və əvvəlcə indiki ixrac həcmini qoruyub saxlaya biləcəyini qiymətləndirməyə çağırıb.

Bu barədə o, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə bildirib.

“Əgər Avropa İttifaqına getmək qərarına gəlmisənsə, hara tələsirsən? Əvvəlcə dəqiq müəyyən et ki, konyakını, tərəvəz və meyvələrini kim alacaq və hansı həcmdə? Bu gün bizdə satdığını əvəz edə biləcəksənmi?”, – Lukaşenko deyib.

O, həmçinin İrəvana Ermənistan məhsulları üçün avropalı alıcıların olduğuna əvvəlcədən əmin olmağı təklif edib.

“Əgər əmin oldunsa ki, Fransa öz konyakını qoyub sənin məhsulunu alacaq, o zaman get. Niyə tələsirsiniz? Arabanı atın qabağına niyə qoşursunuz?” – o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]