Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik inkişaf etdiyi qeyd olunub.

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daimi nəzarətində olduğu xüsusilə diqqətə çatdırılıb.

Müdafiə nazirləri hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin və bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, tərəfdaşlığımızın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliklərini bildiriblər.

İkitərəfli görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri, eləcə də regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]