Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir

Avstriyanın Azərbaycandakı yeni səfiri Ettienn Berxtold diplomatik missiyası dövründə ikitərəfli münasibətləri bütün səviyyələrdə dərinləşdirmək niyyətindədir.

Bu barədə avstriyalı diplomat “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməmi təqdim etmək və güclü ikitərəfli münasibətlərimizin bütün səviyyələrdə daha da dərinləşməsinə töhfə vermək üçün Azərbaycandakı missiyama rəsmi şəkildə başlamaq mənim üçün böyük şərəf idi”, – səfir qeyd edib.

Xatırladaq ki, oktyabrın 5-də Ettienn Berxtold Prezident İlham Əliyevə Azərbaycan dilində müraciət edərək etimadnaməsini dövlət başçısına təqdim edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]