Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb.

Bu barədə Belarus lideri MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq qərarı MDB-nin inkişafında yeni mərhələ olacaq.

“Bu, şübhəsiz ki, tarixi bir andır”, – Belarus lideri vurğulayıb.

O, həmçinin ümid edir ki, Ermənistan da “2029-cu ildə ardıcıllığa uyğun olaraq bu şərəfli funksiyanı yerinə yetirmək” barədə qərar qəbul edəcək.

A.Lukaşenkonun sözlərinə görə, Belarus bütün iştirakçı ölkələrə sədrlikləri dövründə maksimum dəstək göstərmək niyyətindədir və bütün proseslərdə fəal iştirak edəcək: “Şübhə yoxdur ki, MDB-nin potensialı tükənməyib. Bizim ittifaqımız hələ uzun illər boyu belə qalacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]