Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

Rumıniya-Ukrayna sərhədi yaxınlığında üç pilotsuz uçuş aparatına (PUA) görə Rumıniya iki “F-16” qırıcısını və “IAR-330 Socat” helikopterini havaya qaldırıb.

Rumıniyanın “Digi24” telekanalı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinad edən məlumat yayıb.

“Oktyabrın 14-ü səhər saatlarında Milli Müdafiə Nazirliyinin radiolokasiya müşahidə sistemi Ukrayna ərazisindəki Vılkove kəndi yaxınlığında, Rumıniya ilə sərhədin bilavasitə yaxınlığında hərəkət edən hava hədəflərini qeydə alıb. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” qırıcısı və “IAR-330 Socat” helikopteri havaya qaldırılıb”, – məlumatda bildirilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]