Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Azərbaycanın nüfuzu dünyada artmaqdadır.

Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

O, Azərbaycana AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərə görə təşəkkür edib.

Özbəkistan Prezidenti deyib ki, bu gün dünyada baş verən münaqişələr bütün tərəflərin maraqları əsasında həllini tapmalıdır:

“Ən qısa zamanda Yaxın Şərqdə sülhün bərqərar olmasını diləyirik. Çalışmalıyıq ki, siyasi fikir ayrılıqları silahlı qarşıdurmalara səbəb olmasın”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]