Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb

Hərbi Prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən bölmələrində hərbi qulluqçularla görüşüb.

Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, əldə olunmuş tarixi nailiyyətlərin qorunması, dövlətimizin təhlükəsizliyinin təmin edilməsi və hərbi qüdrətinin daha da möhkəmləndirilməsi Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifələrdəndir.

Görüş zamanı hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının, hərbi intizamın və qanunçuluğun möhkəmləndirilməsinin, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi, eləcə də Baş Prokurorun tapşırıq və tövsiyələri diqqətə çatdırılıb.

Həmçinin hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olunub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]