Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.

Birinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq “Araz-Naxçıvan” Şamaxıda “Qəbələ”ni qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək. Qonaqlar 4 xalla 10-cu, Naxçıvan təmsilçisi 2 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Sumqayıt” “Zirə”nin qonağı olacaq. Bu oyun saat 19:00-da başlayacaq. Paytaxt klubu 12 xalla 6-cı, “kimyaçılar” 8 xalla 8-ci yerdədir.

Misli Premyer Liqası

I dövrə, IX tur

23 oktyabr

15:00. “Araz-Naxçıvan” – “Qəbələ”

Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Tərlan Talıbzadə.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: İlham Əliyev.

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə İdman Kompleksinin stadionu

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]