Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da Cümhuriyyət Bayramı münasibətilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət və hökumət başçıları üçün rəsmi şam yeməyi təşkil edəcək.

Ərdoğan əvvəlcə Anıtqəbirə gedəcək, daha sonra Prezident Külliyəsində təbrikləri qəbul edəcək və Beştəpə Millət Meşəsinin açılış mərasimində iştirak edəcək.

Rəsmi şam yeməyində Qırğızıstan Prezidenti Sadır Japarova orden təqdim olunacaq. Mərasimdə Türkiyə və Qırğızıstan prezidentləri çıxış edəcəklər.

Tədbir çərçivəsində Əlişir Nəvai Beynəlxalq Mükafatı da laureatına təqdim ediləcək. Proqramda konsertlər və TÜRKSOY-un rəqs şousu nəzərdə tutulub.

TRT Haber-in məlumatına görə, şam yeməyində türkiyəli müğənni Kıraç və qazaxıstanlı ifaçı Dimash Qudaibergen də səhnəyə çıxacaqlar.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]