Zelenskinin “sağ əli” Uitkoffla mübahisə etdiyini təkzib etdi

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib.

Budanov bu barədə “RBK-Ukrayna”ya açıqlamasında bildirib.

“Ünsiyyətin təfərrüatları barədə guya insayder məlumatlarına gəlincə, bunlar həqiqətə uyğun deyil. Belə bir şey olmayıb. Hazırda danışıqlar prosesinə qarşı informasiya hücumları müşahidə edirik. Soyuqqanlılığı qorumaq və əsas məqsədimizi — Ukrayna üçün davamlı sülhü yadda saxlamaq vacibdir. Bunun üçün əlimizdən gələni edirik”, – o deyib.

Qeyd edək ki, “Le Monde” daha əvvəl Uitkoffla Budanov arasında gərgin söhbət olduğunu yazmışdı. Nəşrin iddiasına görə, görüşdə Rusiya qazı və neftinin Ukrayna ərazisindən Avropaya tranzitinin tam bərpasını nəzərdə tutan “regional rifah planı” təklif olunub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]