Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib

“Ayaz Bey” yedək gəmisi Rumıniya sahillərində batıb, yeddi heyət üzvündən üçü xilas edilib, qalan dördü təxliyədən imtina edib.

Bu barədə Rumıniya mediası ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat yayıb.

“DİN əməkdaşları Qara dənizdə batan yedək gəmisinin göyərtəsindəki Türkiyə vətəndaşı olan yeddi dənizçinin axtarılması üzrə axtarış-xilasetmə əməliyyatında iştirak ediblər. Ekipajın üç üzvü Niderland bayrağı altında üzən “Odin” yedək gəmisinin göyərtəsinə götürülüb və Rumıniyanın Manqaliya limanına çatdırılacaqlar. Qalan dörd nəfər isə təxliyədən imtina edib”, – məlumatda bildirilib.

“Ayaz Bey” yedək gəmisi “Ramazan Bey” yedək gəmisi ilə birlikdə “Mentor” gəmisinin Türkiyə istiqamətində aparılmasında iştirak edib. Əlverişsiz hava şəraiti səbəbindən yedək trosları qırılıb. “Ayaz Bey” yedəyə alınan gəmi ilə toqquşub və batıb.

Əməliyyatda həmçinin Rumıniyanın Dənizdə İnsanların Xilas Edilməsi üzrə Agentliyinin “Ares” axtarış-xilasetmə gəmisi iştirak edib, əməliyyatı Dəniz Xilasetmə Koordinasiya Mərkəzi əlaqələndirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]