Prezident: “ASAN xidmət”in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan “ASAN xidmət”in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir.

Bu fikirlər Prezident İlham Əliyevin “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciətində qeyd olunub.

“ASAN xidmət”in 2015-ci ildə BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na, 2019-cu ildə isə “Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Xüsusi Mükafat”a layiq görülməsi nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

BMT ilə əməkdaşlıq bu təcrübəmizin daha geniş coğrafiyada təşviqi üçün yeni imkanlar yaradır. 2024-cü ildə Azərbaycan ilə BMT arasında imzalanmış Töhfə Sazişi “ASAN xidmət” nümunəsinin dörd qitədə təbliğini ehtiva edir.

Azərbaycan bundan sonra da dayanıqlı inkişaf məqsədlərinin təşviqini dəstəkləyəcək, keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq fəaliyyətə töhfə verəcəkdir”, – müraciətdə vurğulanıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]