Peskov: KTMT Ermənistanın fəaliyyətsizliyinə reaksiya verəcək

KTMT Ermənistanın bu təşkilatda fəaliyyətsizliyinə reaksiya verəcək.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, vurğulayıb ki, Ermənistan KTMT-nin fəaliyyətində iştirak etmir, ona görə də, təşkilat buna cavab verəcək.

“Paşinyanı nəyin gözlədiyini bilmirik, amma Ermənistanın KTMT-də iştirak etmədiyi aydındır və təşkilat buna uyğun olaraq cavab verəcək. KTMT nizamnaməsində bu məsələ ilə bağlı nəzərdə tutulan hər şey həyata keçiriləcək”, Peskov bildirib.

Kremlin sözçüsü bu gün Kremldə keçiriləcək KTMT sammitində müzakirə olunan mövzulara da toxunub. Bildirib ki Avrasiya təhlükəsizliyi mövzusu hər dəfə KTMT zirvə görüşlərində müzakirə olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]