Media və Yayım Şurası Azərbaycan-Ermənistan transsərhəd çayları ilə bağlı xəbərlərin vizual təqdimatına irad bildirib

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

“Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir”.

Bu, Media və Yayım Şurasının yaydığı açıqlamada əksini tapıb.

Bildirilib ki, bu cür təqdimat auditoriyada xəbərin məzmunu, hadisənin coğrafi məkanı və tərəflər arasında aparılan əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür formalaşdıra bilər:

“Eyni görüntülərin digər media resurslarında və sosial şəbəkə platformalarında təkrar paylaşılması isə yanlış təsəvvürlərin daha geniş auditoriyaya yayılmasına və mövzu ətrafında əsassız müzakirələrin yaranmasına zəmin yaradır.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini xəbərlərin vizual tərtibatında istifadə olunan materialların mənbəyini və çəkildiyi yeri dərc etməzdən əvvəl yoxlamağa, vizual materialların xəbərin məzmununa uyğunluğunu təmin etməyə və auditoriyanı yanıltmağa səbəb ola biləcək təqdimatlara yol verməməyə çağırır”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]