On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Cari ilin 10 ayı ərzində Azərbaycanda piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, bu göstərici respublika üzrə ümumi yol qəzalarının 41.1 faizini təşkil edir:

“Təkcə bir gün – 12 noyabr tarixində Xəzər, Qaradağ və Ağsu rayonları ərazisində sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada dünyasını dəyişib.

Rəqəmlə ifadə olunan bu hadisələr təkcə 3 nəfərin faciəsi deyil. Zərərçəkmişlərlə yanaşı, təqsirləndirilən şəxslərin də birbaşa taleyinə, ailəsinə sirayət edən bu hadisələr, əslində bərpası mümkün olmayan itkilərdir.

Təəssüf ki, məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması hallarının mövcudluğu yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir”.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına müraciət edib. Qeyd olunub ki, yol birgə istifadə məkanıdır, qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı potensial faciə qurbanıdır:

“Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli keçməkdir.

Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]