KİV: İtaliya GCAP layihəsində Almaniyanın tamhüquqlu iştirakını rədd edir

İtaliya yeni nəsil qırıcı təyyarələrin istehsalı proqramında Almaniyanın da iştirak etməsi ilə bağlı Böyük Britaniyanın təklifini qəbul etməyib.

“Financial Times”ın məsələdən məlumatlı 3 mənbəyə istinadən verdiyi xəbərə görə, rəsmi Roma Almaniyanın daha aşağı-müşahidəçi statusudunda qalmasını tələb edir.

Məlumata görə, İtaliyanın müdafiə naziri bu barədə fikirlərini Britaniya və Yaponiyadan olan həmkarları ilə videokonfrans zamanı bölüşüb.

“İtaliya Almaniyanın GCAP proqramında iştirakını qəbul etməyə hazır olduğunu vurğulayıb. Amma, bərabər statusda yox, Kanada kimi, müşahidəçi statusunda”, – mənbələr qeyd edib.

Yaponiyanın da Berlinin layihədə bərabərhüquqlu əsasda mövcudluğuna qarşı çıxdığı əlavə edilib.

Buna səbəb olaraq, hər iki ölkənin rəsmiləri Almaniyanın layihədə potensial iştirakının proyektin sürətini azaldacağını göstəriblər.

Almaniya isə müşahidəçi statusunu qəbuledilməz adlandırıb və layihədə bərabərhüquqlu mövqedə tam iştirak etmək niyyətini vurğulayıb.

Qeyd edək ki, GCAP (Qlobal Döyüş Aviasiyası Proqramı) Böyük Britaniya, İtaliya və Yaponiya tərəfindən birgə həyata keçirilən altıncı nəsil qırıcı təyyarə və hava döyüş sistemi layihəsidir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]