Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur

Azərbaycanda SSRİ dövründə tikilmiş kooperativ binaların təmiri dövlət büdcəsi hesabına həyata keçirilməlidir.

Bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Həmin binalar dövlətin balansında olmadığı üçün büdcədə yaşayış binalarının təmiri üçün nəzərdə tutulan 60 milyon manatlıq vəsaitdən istifadə edə bilmirlər. “Çıxış yolu kimi ya həmin binalar uçota alınaraq dövlətin balansına verilməli, ya da onların təmiri üçün birdəfəlik vəsait ayrılmalı, təmir edildikdən sonra isə binaların saxlanılması birbaşa sakinlərin öz öhdəliyinə verilməlidir”, – deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, ölkə Prezidentinin son çıxışlarında xaricdən daxil olan ideoloji təhlükə, onun əsas hədəfləri olan yeniyetmələrimiz və gənclərimizlə bağlı toxunduğu vacib məsələlər fonunda, ölkədə fəaliyyət göstərən 35 gənclər evinin bu çağırışlara adekvat cavab verməsi və fəaliyyətinin yenidən qurulması məqsədilə onlara ayrılan 5,3 milyon manatlıq illik büdcəyə yenidən baxılmalıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]