Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvilini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, MN-də keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ordularımız arasında əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.

Nazir hərbi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant G.Matiaşvili hərbi əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]