Şavkat Mirziyoyev Azərbaycanla elektron qaimələrin qarşılıqlı tanınmasını sürətləndirməyi tapşırıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan, Türkmənistan və Gürcüstanla elektron yük sənədlərinin qarşılıqlı tanınması haqqında razılaşmaların təsdiqi prosesini başa çatdırmağı tapşırıb.

“Report” Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadovun sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir ki, bunu Ş.Mirziyoyev nəqliyyat-logistika sahəsində investorlar və sahibkarlarla görüşündə bildirib.

Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən böyük quru limanına çevrilməsi üçün bütün imkanlar mövcuddur:

“Hazırda Orta Dəhlizin potensialından tam şəkildə istifadə olunmur. Məsul şəxslərə Azərbaycan, Türkmənistan və Gürcüstanla elektron yük sənədlərinin qarşılıqlı tanınması barədə razılaşmaların təsdiqi prosesini başa çatdırmaq tapşırılıb”.

O, həmçinin Özbəkistandan Xəzər və Qara dəniz, Şərqi Çin dənizi limanlarına və Baltikyanı ölkələrə blok qatarlarının hərəkətini təşkil etməyi, eləcə də bu imkanlar barədə sahibkarları məlumatlandırmağı tapşırıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]