“The Telegraph”: Ukrayna Krım körpüsünə yeni zərbələr endirməyə hazırlaşır

Ukrayna Krım körpüsünü tamamilə dağıtmaq məqsədilə ora yeni zərbələr endirməyə hazırlaşır.

Bu barədə “The Telegraph” məlumatlı hərbi mənbələrə istinadən bildirib.

“Prezident (Ukraynanın prezidenti -red.) onun tamamilə məhv edilməsini istəyir”, – nəşrin həmsöhbəti bildirib və yeni hücumların hazırlandığını əlavə edib.

Qəzetin məlumatına görə, Volodimir Zelenski hərbi komandanlığa keçidin qalan hissəsinin dağıdılmasını istədiyini bildirib.

“The Telegraph”ın məlumatına görə, noyabrın 18-i Ukrayna pilotsuz uçuş aparatları və qanadlı raketləri körpüyə zərbələr endirib. Nəticədə dördzolaqlı avtomobil yolunun bir hissəsi və onu saxlayan tağ Kerç boğazına uçub.

Ukrayna kəşfiyyatı bildirib ki, “Neptun” raketləri həmçinin keçidin dəmir yolu hissəsinə ciddi ziyan vurub.

Nəşr qeyd edib ki, əməliyyat 11 müxtəlif silah sisteminin tətbiqini əhatə edib və körpü ətrafında Rusiyanın müdafiəsini zəiflətmək üzrə yeddimərhələli kampaniyanın yekunu olub.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Neptun” kompleksləri ilə təchiz olunmuş raket briqadası hücumda iştirak edib, növbəti gecə isə dəmir yolu aşırımına təkrar zərbə endirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]