Rusiya paytaxtı Moskvada güclü yağış səbəbindən bir neçə rayonda yolları və Yeni Moskvada çoxmərtəbəli binanı su basıb.
Aktualtv.az xəbər verir ki, bu barədə hadisə şahidləri sosial şəbəkələrdə məlumat veriblər.
Qeyd olunub ki, evlərdən birində su birbaşa elektrik şkafından axır və lifti su basıb. Küçələrdə və yollarda böyük gölməçələr əmələ gəlib. Həyətlərdə park edilmiş avtomobillər su altında qalıb, magistral yolda maşınlar sanki üzür. Əlverişsiz hava şəraiti nəticəsində yollarda tıxac yaranıb. Həmçinin şəhər çıxışındakı yollarda da nəqliyyatın hərəkəti çətinləşib.
Paytaxtda güclü yağış və ildırımla əlaqədar “sarı” hava xəbərdarlığı elan edilib. Xəbərdarlığın saat 21:00-dək qüvvədə olacağı bildirilib. Fövqəladə Hallar Nazirliyi paytaxt sakinlərini diqqətli olmağa çağırıb.
Etibar Məmmədov / aktualtv.az










