Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının vaxtının təsdiqləndiyini açıqlayıb.
Aktualtv.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında xalqa videomüraciətində bildirib. “Biz qoşunlarımızın yerdəyişməsi şərtlərini təsdiq etmişik, qərarlar qəbul edilib”, – dövlət başçısı bildirib.
O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin briqadalarına minnətdarlığını bildirib və buna hazır olmağa çağırıb.
Xatırladaq ki, bu yaxınlarda Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin artıq əks-hücum tədbirləri həyata keçirdiyini açıqlamışdı. Daha sonra o, sözlərini izah edərək bildirmişdi ki, əks-hücum bir hadisə deyil, Rusiyanın müxtəlif istiqamətlərdəki qoşunlarının məhv edilməsini əhatə edən bir sıra hərəkətləri əhatə edir.
Səbinə Kərimova / aktualtv.az










