Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel Kosovadakı zorakılığı qəbuledilməz adlandırıb, həmçinin tərəfləri dialoqa çağırıb.
Aktualtv.az xəbər verir ki, o, bu barədə tviterdəki hesabında yazıb.
“Avropa İttifaqı Kosovo hakimiyyətini və etirazçıları vəziyyəti dərhal və qeyd-şərtsiz gərginləşdirməməyə çağırır. Biz tərəflərin məsuliyyətlə hərəkət etmələrini və dialoq vasitəsilə dərhal siyasi həll yolu tapmasını gözləyirik”, -deyə Borel yazıb.
O, həmçinin vurğulayıb ki, mediaya, mülki şəxslərə, polisə və sabitliyin təmin edən qüvvələrə qarşı zorakı hərəkətlər qətiyyən yolverilməzdir.
Qeyd edək ki, Kosovonun şimalındakı bələdiyyələrdə serblərlə polis arasında gərginlik mayın 26-dan davam edir. Ötən gün isə Kosovonun şimalında serblərlə toqquşmalarda azı 75 nəfər xəsarət alıb.
Murad Həsənov / aktualtv.az










