Türkiyədə keçirilən prezident seçkilərinin yekun nəticələri bu vaxt açıqlanacaq

Türkiyə Ali Seçki Şurası (MSK) prezident seçkilərinin yekun nəticələrini iyunun 1-də elan etmək niyyətindədir.

Bu barədə Ankaradakı mənbə məlumat yayıb .

Agentliyin həmsöhbətinin sözlərinə görə, seçkinin nəticələrinin açıqlanmasında heç bir gecikmə olmayacaq və qanunla olduğu kimi, iyunun 3-də prezident and içəcək.

Bundan əvvəl Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2 və ya 3-də baş tuta bilər.

Mayın 28-də Türkiyənin Ali Seçki Şurası Əhməd Yener  prezident seçkilərinin ikinci turunda Ərdoğanın qalib gəldiyini elan edib. O, səslərin 52 faizini qazanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]