“Paşinyan kəmsavadlığı üzündən gülüş obyektinə çevrilir”

"İlk növbədə Sammitdən sonrakı Avropa İttifaqının qəbul etdiyi Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə qətnaməsinə diqqət çəkmək istəyirəm. Bu sənəd Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı sənədindən sonra Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına nələrdən ibarət olması, Aİ-nin bu regiona baxışları və prioritetlərini aydınlaşdıran və 10 ildən sonra qəbul edilən ikinci belə bir sənəddir".

Bu sözləri AKTUAL TV -yə politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, qəbul olunmuş  bu sənəd də özündən öncəki sənədə istinadla tərtib olunub. Qətnamənin Şərq Tərəfdaşlığı ölkələrinin  suverenliyi və ərazi bütövlüyü hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz üzərindən ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulması qeyd olunub: 

“Azərbaycanın Qərb bölgəsi olan Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan hərbi qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb.

Aİ-nin bu qətnaməsində də, 10 il əvvəlki sənəddə olduğu kimi Ermənistan tərəfinin Qarabağ münaqişəsinin həllində israr etdiyi, üzərindən  spekulyasiya etməyə çalışdığı, daxildə siyasi alət olaraq istifadə etdiyi təyini-müqəddərat hüququ haqqında qeyd  yoxdur.

 Aİ bu qətnaməsi ilə  Şərq Tərəfdaşlığı Proqramı  üzv ölkələrinin xarici qoşunların işğal edilmiş bütün ərazilərindən dərhal çıxarılması barədə çağırış var. Bu çağırış Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan  Ermənistan da aiddir.

Avropa İttifaqının Şərq Tərəfdaşlığının iştirakçıları olan ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəklədiyi qeyd edilir. Qətnamədə Avropa İttifaqının dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyi  prinsiplərin təmin olunması istiqamətində səylərini tam dəstəkləndiyi qeyd edir.

Bu o deməkdir ki, Avropa İttifaqı dövlətlərin öz suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini hərbi və güclə təmin etmək hüququnu tanıyır və dəstəkləyir”.

 Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə söykənən fikirlərinə   Ermənistanın  baş naziri Nikol Paşınyanın arqumentsiz  cavab vermək cəhdinə gəldikdə isə politoloq deyib ki bu artıq bir adət ənənə halını alıb.   Bütün beynəlxalq konfranslarda  Azərbaycan Prezidentinin çıxışına cavab verməyə çalışan Paşinyan  beynəlxalq hüquqdan kəmsavadlığı və siyasi səriştəsizliyi üzərindən gülüş obyektinə çevrilir və deyəsən bu Paşinyanın xoşuna gəlir:

 “2018-ci il dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Prezident İlham Əliyev və onda hələ Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşündən sonra, ardınca Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10-cu ildönümü ilə bağlı tədbir çərçivəsində görüşündən sonra, keçən il Davos Dünya İqtisadi Forumu çərçivəsində, Avstriyanın paytaxtı Vyanadada görüş zamanı, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında və nəhayət, bu il Münhendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində depatda İlham Əliyevin beynəlxalq hüquqa söykənən məntiqi mövqeyi ilə seçilən üstünlüyü  Nikol Paşınyanın daxildə və xaricdə  onsuz da aşağı olan nüfuzunu daha da ayaqlar altına atır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]