Ukraynanın Rusiyaya qarşı öz hüdudlarından kənarda hücumlar təşkil etmək hüququ var.
Aktualtv.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Moskvaya pilotsuz təyyarələrin hücumunu şərh edərkən deyib.
Xatırladaq ki, çərşənbə axşamı səhər Ukrayna pilotsuz təyyarələri Moskvaya hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumda səkkiz pilotsuz təyyarə iştirak edib. Onlardan 5-i vurulub, qalan 3-ü isə elektron döyüş vasitəsi ilə məhv edilib.
Moskvada iki nəfər yüngül xəsarətlərlə tibbi yardıma müraciət edib. Bir neçə binaya isə cüzi ziyan dəyib.
Büllur Məmmədova / aktualtv.az










