“BMT mülki hədəflərə hücumları pisləyir” – Özəl

Birləşmiş Millətlər Təşkilatı hesab edir ki, dronların Moskvaya hücumunu Ukraynanın davamlı atəşə tutulması ilə müqayisə etmək olmaz.

Aktualtv.az xəbər verir ki, bunu BMT-nin Baş katibinin spikeri Stefan Dyujarik jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O, Rusiyanın son günlər Ukrayna şəhərlərini kütləvi şəkildə atəşə tutmasına münasibət bildirərkən əlavə edib ki, öz növbəsində BMT-nin baş katibi Antonio Quterreş də mülki infrastruktura hücumları pisləyir.

Brifinqdə rusiyalı jurnalist Stefan Dyujarikdən ötən gün Rusiya paytaxtına naməlum pilotsuz təyyarələrin hücumuna münasibət bildirməsini də istəyib. Stefan Dyujarik isə cavabında BMT-nin mülki hədəflərə edilən bütün hücumları pislədiyini vurğulayıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]