“Şimali Koreyanın addımları təhlükəlidir və sabitliyi pozur”.
Aktualtv.az xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ilə Tokioda keçirdiyi birgə mətbuat konfransı zamanı deyib. Ostin ABŞ-nin azad və açıq Hind-Sakit okeana və Yaponiya ilə strateji əməkdaşlığın inkişafına sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.
Görüşdə Şimali Koreya, Ukrayna və Çinə aid bəzi beynəlxalq məsələlər müzakirə olunub. Onun sözlərinə görə, Birləşmiş Ştatlar özünü və müttəfiqlərini müdafiə etmək üçün lazım olan hər şeyi edəcək.
Etibar Məmmədov / aktualtv.az










