Türkiyəli deputat İYİ Partiyadan istefa verdi

İYİ Partiyanın qurucularından biri və İstanbuldan seçilən millət vəkili Ahat Andıcan partiyasından istefa verib. 

Aktualtv.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında açıqlayıb. 

“Bu gün gəldiyimiz nöqtədə İYİ Partiya İdarəsi ilə siyasi və struktur cəhətdən uyğun bir iş aparmaq artıq mümkün deyil”, – deyə deputat qeyd edib. 

O, partiyasız müxalifət sıralarına qatıldığını bildirib. 

Qeyd edək ki, İYİ Partiyanın sədri tanınmış siyasətçi Meral Akşenerdir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]