Mübariz Mənsimov atasının dəfninə qatıla bilməyəcək – QURBAN MƏNSİMOVUN NƏŞİ BAKIYA GƏTİRLİR

““Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək. Təəssüf hissi ilə bildiririk ki, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir”.
Bunu Aktualtv.az-a açıqlamasında “Palmali Group”un mətbuat katibi Fidan Quliyeva deyib.
Onun sözlərinə görə, Qurban Mənsimov öz vəsiyyətinə uyğun olaraq, Bakıda mərhum qızı Nuşabənin yanında dəfn olunacaq.

Qeyd edək ki, Mübariz Mənsimovun atası Qurban Mənsimov müalicə aldığı xəstəxanada uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
15 fevral 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Miyanku kəndində anadan olan Qurban Mənsimov uzun Bakı limanında fəhlə işləyib və göstərdiyi nəticələrə görə, keçmiş SSRİ dövründə bir çox yüksək orden və medallara layiq görülüb.
Qurban Mənsimov 9 uşaq atası idi.
Allah rəhmət eləsin!

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]