İtkin düşən hərbçilər təltif olundu – SİYAHI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup hərbi qulluqçu təltif edilib.

Təltif olunan arasında Vətən müharibəsində itkin düşən hərbi qulluqçular da var.

Onlardan leytenant Vəlizadə İbrahim Səməd oğlu “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, əsgər Salamov Qorxmaz Bayram oğlu “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, əsgər Qədirli Elnur Rəcəb oğlu “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və əsgər Mehdiyev Asim Yaqub oğlu “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]