““Vaqner” muzdluları ilə döyüşdə 15 rusiyalı hərbçi ölüb”

““Vaqner” özəl hərbi şirkətinin muzdluları ilə qarşıdurmalarda 15 rusiyalı hərbçi həlak olub”.

Bu barədə məlumatı Ukraynanın “Strana” nəşri yayıb. 

İddialara görə, həlak olanların əksəriyyəti hərbi pilotlardır. Bununla yanaşı, “Vaqner” muzdluları tərəfindən vurulan “İl-18” təyyarəsində pilotdan başqa 8 nəfərin də olduğu bildirilir. 

Eyni zamanda, iyunun 24-ü vurulan Ka-52 “Alligator” helikopterində olan bütün heyətin öldüyü qeyd olunur. 
Xatırladaq ki, iyunun 23-də “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]