Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü keçib.

Xidmətdən verilən xəbərə görə, iyulun 17-si gecə saatlarında Şahdağın 2 800 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 34 mm (aylıq normanın 51%-i), Lənkəranda 31 mm (aylıq normanın 223%-i), Xaltanda 30 mm (aylıq normanın 53%-i), Qrızda 26 mm (aylıq normanın 46%-i), Astarada 24 mm (aylıq normanın 72%-i), Qusarda 21 mm (aylıq normanın 70%-i), Qəbələdə 20 mm (aylıq normanın 27%-i), Qaxda 17 mm, Altıağacda 18 mm, Beyləqanda 15 mm (aylıq normanın 154%-i), Qobustanda 15 mm (aylıq normanın 92%-i), Şahdağda 19 mm (aylıq normanın 64%-i), Lerik, İmişlidə 9 mm, Ağdam, Göyçay, Sabirabad, Şabran, Yardımlı, Zərdab, Xaçmaz, Şamaxı, Quba, İsmayıllı, Şəki, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Zaqatala, Tərtər, Yevlax, Kürdəmir, Biləsuvarda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 5 mm-dək (aylıq normanın iki misli qədər) olub.
Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü üç metrə çatıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]