Əsgər getmiş şəxsə “paveska” gəldi: Getməsə, cərimələnəcək

“Oğlum 9 il əvvəl tam hərbi xidmətə çağırılıb və Beyləqan rayonundakı hərbi hissələrdən birində 1 il 6 ay xidmət edərək ordu sıralarından tərxis edilib. Ancaq yenidən ordu sıralarına çağrılması ilə bağlı məktub almışıq”.

AKTUAL TV xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müraciətində Cəlilabad rayon Adnalı kənd sakini Adışirin Əmirov deyib. O bildirib ki, 1992-ci il təvəllüdlü oğlu Emil Əmirlinin adına bundan öncə də 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tərəfindən ilkin tibbi müayinədən keçməsi tələbi ilə məktub təqdim olunub:

“Həmin vaxt oğlumla birlikdə sözügedən quruma müraciət edərək hərbi bileti təqdim etdik. Bizdən üzr istəyərək yanlışlıq olduğunu bildirdilər. Ancaq bir neçə gün bundan əvvəl analoji hadisə yenidən təkrarlandı. Bu dəfə xəbərdarlıq məktubunda əks halda 50 manat cərimələnəcəyi bildirilib. Artıq bu məsələnin birdəfəlik həllini tapmasını istəyirik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]