“Gəmilərə təhlükəsizlik zəmanəti verə bilmərik” – BMT

BMT Rusiya Qara dəniz taxıl dəhlizi sazişini ləğv etdikdən sonra müharibə bölgəsində hərəkət edən gəmilərə təhlükəsizlik zəmanəti verə bilməyəcək.

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreşin Ukrayna və Rusiyanın taxıl və gübrələrinin qlobal bazara çıxarılması üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Dujarrik “Ərzaq məsələsi baş katib üçün diqqətdən kənarda qalmayacaq qədər vacibdir” deyib.

Taxıl ixracında Rusiyanın gəmiləri hədəf alma ehtimalı ilə bağlı fərqli fikirlərin gündəmə gətirildiyinə diqqət çəkən Dujarric “Bura bir müharibə bölgəsidir. Baş katibdən heç kim təhlükəsizlik zəmanəti tələb edə bilməz” ifadəsini işlədib.

Birgə Koordinasiya Mərkəzindəki işçilərin məsləhət vermək üçün İstanbulda qalmağa davam etdiyinə diqqət çəkən Dujarric onu da deyib ki, “Biz Qara dəniz taxıl dəhlizi sazişinin və Rusiya ilə anlaşma memorandumunun məqsədlərinə sadiq qalırıq.

BMT-nin sözçüsü Quterreşin anlaşma memorandumu çərçivəsində Rusiyanın tələbləri ilə bağlı indiyə qədər lazımi səyləri göstərdiyini, lakin bank qaydaları və sığorta bazarı kimi fərqli mövzulara nəzarət etmədiyini vurğulayaraq, “Bizim vəzifəmiz başqalarının qapısını döyməkdir və biz bunu etdik və etməyə davam edəcəyik” deyib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]