“Sabah”ın Konfrans Liqası oyununun vaxtı dəyişdirildi

Azərbaycan klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.

UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb.

Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
“Neftçi” isə bir gün sonra – iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.

Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək. Daha əvvəl onların səfər oyunlarını da eyni gündə – iyulun 27-də keçirəcəyi açıqlanmışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]