Şuşada Qlobal Media Forumunun ikinci sessiyası başladı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Qlobal Media Forumunda “Mediada investisiya və istehlak tendensiyaları” adlı ikinci sessiya başlayıb.

Aktualtv.az xəbər verir ki, sessiyada müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması mövzusuna toxunulub.

Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.

“Economyfirst Limited London” şirkətinin direktoru Klaus Jürgens, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, jurnalist, media meneceri, məruzəçi Bora Bayraktar, Serbiya parlamentinin keçmiş direktoru, Strateji Araşdırmalar Forumunun təsisçi və prezidenti Neven Cveticanin mövzular barədə ətraflı danışıblar.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]