“Qarabağ” və “Sabah” avrokubok oyunları üçün səfərə yollandılar – FOTO

Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ” və “Sabah” səfər oyunları üçün yola düşüblər.

Aktualtv.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”la qarşılaşacaq “Qarabağ” Polşaya gedib.

Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.

İyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində RFŞ-lə qarşılaşacaq “Sabah” Latviyaya yollanıb. Bu komandaların ilk oyunu sabah baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]