“Lotu Quli”nin yaxın dostu Türkiyədə ölümcül DÖYÜLDÜ

Gürcüstanlı “qanuni oğru” “Matsi” ləqəbli Mahara Qvaramiya Türkiyədə hücuma məruz qalıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Matsi” türk “qanuni oğru”ların sifarişi əsasında ölümcül döyülüb. Hazırda kriminal aləmdə Roko Tbilisski, Arman Kaluqa və Timur Quli kimi şəxslərin sui-qəsdində iştirak edən “Matsi” Türkiyədə xəstəxanaların birində reanimasiya şöbəsinə yerləşdirilib.

Digər məlumata görə, 22 il məhbus həyatı yaşayan “Matsi” mərhum “qanuni oğru” “Lotu Quli”nin (Nadir Sələfov – red.) yaxın dostu olub. Bildirilir ki, “Lotu Quli”nin sui-qəsdindən sonra “Matsi” Sələfovlar ailəsi ilə dostluq etməyə çalışsa da, buna nail ola bilməyib. Nadir Sələfovun qardaşı “Namiq Bakinski” (Namiq Sələfov – red.) “Matsi”ni bütün işlərdən uzaqlaşdırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]