Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı – YENİLƏNİB

Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.

Bu barədə Azərbaycan XİN-dən bildirilib.

Hakan Fidan Ceyhun Bayramovu səmimiyyətlə salamlayıb.

***12:51

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “twitter”də məlumat yayıb.

Bildirilib ki, nazir rəsmi səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərəsini ziyarət edərək, böyük öndərin məzarının önünə əklil qoyub.

***08:17

31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı - YENİLƏNİB
Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı - YENİLƏNİB
Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı - YENİLƏNİB

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]