İki general vəzifəsindən azad olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 vəzifəli şəxsi sərəncama götürülüb.

Bunlar Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayevdir.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.

Qeyd edək ki, həmin Baş İdarələr ləğv olunmayıb.
Xatırladaq ki, bu barədə ilk məlumatı gununsesi.info yayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]