Güləşçimiz dünya çempionatında bürünc medal qazandı 

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona çatıb.

Modern.az xəbər verir ki, yarışın 6-cı günündə daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Cəfər Cəfərov (45 kq) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabı ilə məğlub olub.

Sədrəddin Həsənov (51 kq) türkiyəli Kahraman Eskiyə 4:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub – 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Sədrəddin ötən il dünya ikincisi olmuş amerikalı Kristian Kasiltyo üzərində inamlı qələbə qazanıb – 12:6. Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada rusiyalı Usman İndirbayevlə bacarmayıb – 2:10.

Camal Abbasov (60 kq) qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb – 2:3. Camal bürünc medal uğrunda Puerto-Riko təmsilçisi Yandro Rivera ilə güləşib və 6:0 hesablı qələbə ilə dünya üçüncüsü olub.

İsmayıl Rəhimli (71 kq) monqolustanlı Bilguundalay Purevdaqvaya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı İslam Kajarova 0:4 hesabı ilə məğlub olub.

Səid Paşayev (92 kq) 1/8 finalda yaponiyalı Genki Hokiyə müqavimət göstərə bilməyib – 3:14.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]