Gürcüstanda bu gün matəm günüdür

Bu gün Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar ölkədə matəm günüdür.

Aktualtv.az xəbər verir ki, fəxri qarovul dəstəsi Hökumət Evinin və prezident sarayının binasındakı dövlət bayraqlarını endirib. Bütün dövlət idarələrində də bayraqlar yarıya qədər endirilir. Bu gün telekanallarda əyləncəli və musiqili verilişlərin yayımı qadağandır.

Avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, daha 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” otelinə ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq kütləsi enib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]