“Nikosayağı” ilə qəzada ölən Ruslanın ailəsi arasında dava düşüb? – AÇIQLAMA

“Nicat və Ruslanın ailələri arasında mübahisə düşməsi haqqında yayılan məlumat yalandır. Bunlara inanmayın”.

Bu sözləri “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin dostu, rəqqas Ramil Qasımov sosial şəbəkədə bildirib.O, həmçinin deyib ki, Nicat Şakirlinin vəziyyəti stabildir və palataya köçürüləndə yanına gedəcək.Qeyd edək ki, Bakıda, Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini – Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. “Nikosayağı”nın isə sağ qolu amputasiya olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]