Dəhşətli qəzada qolunu itirən “Nikosayağı”nın son vəziyyəti AÇIQLANDI

“Bloqer Nicat Şakirlinin ümumi vəziyyəti stabil olaraq qalır”.

Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı bildirilib.

“Reanimasiya şöbəsində müalicələri aparılan Nicat Şakirlinin vəziyyəti qənaətbəxş hesab edilir. Xəstənin lazımi müayinələrdən keçirilməsi və dinamik müşahidə davam etdirilir. Rutin müalicə prosesi aparılır”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]